Gürcüstan Prezidenti Azərbaycanla sərhədyanı zonaya baş çəkib

20 Aprel 2019 23:02 (UTC+04:00)

Gürcüstan Prezidenti Salome Zurabişvili Azərbaycanla sərhəddə yerləşən David Qareci sərhədyanı zonaya baş çəkib. Report xəbər verir ki, bu barədə dövlət başçısı administrasiyasının mətbuat xidməti məlumat yayıb.

S.Zurabişvili sərhədçilərlə görüşüb. Görüşdən sonra o bildirib ki, Gürcüstan-Azərbaycan sərhədinin müəyyən edilməsi üzrə məsələni tezliklə həll etmək lazımdır. Prezidentin sözlərinə görə, bu məsələni təxirə salmaq olmaz.