“Real” “Adidas”la müqaviləni uzadıb

20 Aprel 2019 19:28 (UTC+04:00)

“Real” texniki sponsoru “Adidas”la müqaviləni uzadıb. “Marca”nın yazdığına görə, yeni sözləşmə 12 illikdir. Bu müddət ərzində Madrid klubunun 1.6 milyard avro qazancağı bildirilib. Bununla da, “Real” “Adidas”dan ən çox gəlir əldə edən klub olub.

Qeyd edək ki, Almaniya brendi ilə “Real”ın əvvəlki müqaviləsi 2020-ci ilə qədər nəzərdə tutulmuşdu.