Salyanda Nəsiminin 650 illik yubileyi qeyd edilib

20 Aprel 2019 15:35 (UTC+04:00)

Salyanda böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 yubileyinə həsr olunan tədbir keçirilib. SİA-nın Aran bürosu xəbər verir ki, tədbirdə Prezident İlham Əliyevin 2019-cu ilin Azərbaycanda “Nəsimi ili” elan olunması haqqında imzalandığı Sərəncamın əhəmiyyətindən danışılıb.

Qeyd olunub ki, dövlətimizin başçısının bu Sərəncamı şairin yaradıcılığına verilən dəyərin, hörmət və ehtiramın yüksək göstəricisi, milli-mənəvi dəyərlərimizin təbliğinə və bütövlükdə Azərbaycan mədəniyyətinin, ədəbiyyatımızın inkişafına göstərilən diqqət və qayğının bariz nümunəsidir.

Mərasimdə rayon incəsənət ustalarının ifasında şairin poeziyasından nümunələr və sözlərinə yazılmış mahnılar səsləndirilib, qəzəllərinə həsr olunan ədəbi-bədii kompozisiya təqdim edilib.