Əfqanıstanda partlayış törədilib ölən və yaralananlar var

20 Aprel 2019 13:01 (UTC+04:00)

Əfqanıstan paytaxtı Kabilin mərkəzində nazirliklər və hotellərin yerləşdiyi prospektdə partlayış törədilib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, partlayış Rabitə və Telekomminikasiya Nazirliyi yaxınlığında törədilib.

Partlayışdan sonra naməlum silahlılar nazirliyin ərazisinə, yaxınlığındakı polis postuna və digər obyektlərə hücum ediblər. Hücum nəticəsində ölən və yaralananların olduğu bildirilir.

Qeyd edək ki, Taliban hərəkatı bir həftə öncə mövsüm hücumlarına başladığını elan edib.