Daria Atamanova: "Mili Gimnastika Arenasında gimnastlar üçün hər cür şərait yaradılıb" - AÇIQLAMA

20 Aprel 2019 12:27 (UTC+04:00)

"Çıxışımdan o qədər də razı qalmadım. İp və topla hərəkətlərdə daha yaxşı çıxış etdiyimi düşünürəm". Bunu SİA-ya açıqlamasında Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 2-ci "AGF Junior Trophy" beynəlxalq turnirində çıxış edən İsrail gimnastı Daria Atamanova deyib.

Gimnast qeyd edib ki, məşqçisi hər zaman onu dəstəkləyir, səhvlərini deyir və tapşırıqlarını verir.

D.Atamanova daha öncə də Azərbaycana gəldiyini, burada olmaqdan məmnunluğunu bildirib: "Burada təlim-məşq toplanışında olmuşam. Bakı çox xoşuma gəlir. Mili Gimnastika Arenası böyük və gözəldir. Burada gimnastlar üçün hər cür şərait yaradılıb. Yarışın təşkilatçılığı isə yüksək səviyyədədir".