Avroliqada həftənin ən yaxşı futbolçusu müəyyənləşib

19 Aprel 2019 20:34 (UTC+04:00)

Avropa Liqasında bu həftənin ən yaxşı futbolçusu müəyyənləşib. UEFA-nın rəsmi saytında azarkeşlər arasında keçirilən səsvermənin yekun nəticəsinə əsasən, "Çelsi"nin yarımmüdafiəçisi Pedro Rodriqes ən yaxşı seçilib. O, səsvermədə Filip Kostiç (“Ayntraxt”), Petr Şevçik (“Slaviya”) və Toni Lato (“Valensiya”) qabaqlayıb. Qeyd edək ki, Pedro "Slaviya" ilə matçda (4:3) dubla imza atıb.