Emin "sevgi"sini ekranlaşdırdı VİDEO + FOTOLAR

19 Aprel 2019 17:05 (UTC+04:00)

Xalq artisti Emin Ağalarov "Wicked game" adlı yeni mahnısına çəkdirdiyi klipini təqdim edib. SİA-nın məlumatına görə, ekran işində əsas rolu Diana Pojarski canlandırıb.

İfaçı yeni işi haqqında fikirlərini də bildirib: "Bu, sevgi haqda olan ən gözəl mahnılardan biridir. Onu illər əvvəl dinləmişəm və qəlbimə toxunub. Onu çoxdan oxumaq istəyirdim, amma indiyə qismət oldu. İndi bu mahnını konsertlərimdə səsləndirirəm. Ümid edirəm ki, yaxşı alınıb".

Klipin çəkilişləri "Crocus city mall"da aparılıb. Ekran işində romantik sevgi hekayəsi əks edilib. Videonun rejissoru Lev Efimovdur.