Bakıda 3-cü Qlobal Sağlamlıq Turizmi Forumu keçiriləcək

19 Aprel 2019 14:00 (UTC+04:00)

Aprelin 23-də Bakıda 3-cü Qlobal Sağlamlıq Turizmi Forumu keçiriləcək. SİA-ya məlumatına görə, Forumda “Qlobal Sağlamlıq hamı üçün” şüarı altında gerçəkləşdiriləcək bu tədbirdə 25 ölkədən olan milli sağlamlıq turizm qurumlarının rəhbərlərindən, müalicəvi-sağlamlıq sektoru üzrə baş menecerlərindən, aparıcı ekspertlər və nüfuzlu alimlərdən ibarət ümumi sayda 150 nəfər xarici və yerli qonağın iştirakı nəzərdə tutulur.

Tədbirdə İqtisadiyyat Nazirliyi, Səhiyyə Nazirliyi, Mədəniyyət Nazirliyi, Dövlət Turizm Agentliyi, Gənclər və İdman Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Milli Məclis, aidiyyəti üzrə yerli icra hakimiyyəti orqanları, Azərbaycan Turizm Assosiasiyası, Azərbaycan Turizm Agentlikləri Assosiasiyası, Azərbaycan Mehmanxanalar Assosasiyası, turizm informasiya mərkəzləri, müalicəvi-sağlamlıq mərkəzləri, turizm şirkətləri və respublikada akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri, yerli və xarici kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı planlaşdırılır.