Eusebio Di Françesko "Sevilya"nın baş məşqçisi ola bilər

19 Aprel 2019 13:07 (UTC+04:00)

"Roma"dan ayrılan Eusebio Di Françesko yeni mövsümdən İspaniyada çalışa bilər. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, italiyalı mütəxəssis "Sevilya"nın idman direktoru Ramon Monçiylə görüşüb. 49 yaşlı mütəxəssis "Sevilya"nı çalışdırmaqda maraqlıdır.

Qeyd edək ki, Ramon Monçi və Eusebio di Françesko "Roma"da birgə çalışıblar.