Hacıqabulda avtobus istehsalı zavodunun təməli qoyuldu - FOTO

19 Aprel 2019 11:25 (UTC+04:00)

Bu gün Hacıqabul sәnaye mәhәllәsindә Azәrbaycan vә İranın birgә avtobus və yük avtomobili istehsalı zavodunun tәmәli qoyulub. SİA xəbər verir ki, tәmәlqoyma mәrasiminә Azәrbaycanı iqtisadiyyat naziri Şahin Mustafayev vә İran İslam Respublikasının sənaye, mədən və ticarət naziri Reza Rəhmani qatılıb.

Avtobus və yük avtomobili istehsalı zavodu “Azərmaş Sənaye” MMC tərəfindən inşa olunacaq. MMC-nin təsisçiləri “Azərmaş” (25 faiz) və “Qartal Az”dır (75 faiz).

Layihənin dəyəri 10 milyon avro təşkil edir. İlk mərhələdə istehsal gücü ildə 500 avtobus və yük avtomobili təşkil edəcək, ikinci mərhələdə isə iki dəfə artırılacaq.

Zavodda 200 nəfər işlə təmin ediləcək. Avtobusların təqribi qiyməti 135-200 min avro, yük avtomobillərinin isə 70-90 min avro olacaq.