Trampla Səudiyyə vəliəhdi arasında telefon danışığı olub

19 Aprel 2019 10:01 (UTC+04:00)

ABŞ lideri Donald Trump Birləşmiş Ərəb Əmirliklərinin vəliəhd şahzadəsi Mohammed bin Zayed Al Nahyan ilə telefon danışığı keçirib. Bu barədə "The New York Times" qəzeti xəbər verir.

Məlumata əsasən, tərəflər "Vaşinqtonun Birləşmiş Ərəb Əmirliklərinə mütəmadi dəstəyini, regionda ittifaqların güclənməsini və administrasiyanın tətbiq etdiyi dağıdıcı sanksiyaların İrana təsirini müzakirə ediblər".

SİA RT-yə istinadən xəbər verir ki, onlar həmçinin BƏƏ-nin neft tədarükçüsü kimi qlobal enerji bazarlarına verdiyi dəstək barədə də fikir mübadiləsi aparıblar.