Abbas Elgizi "yıxıb-sürüdü" QALMAQAL

19 Aprel 2019 13:32 (UTC+04:00)

Əməkdar artist Abbas Bağırov aparıcı Elgiz Əkbəri tənqid edib. SİA-nın məlumatına görə, o, bu haqda "İnstagram" səhifəsində yazıb: "Elgiz Əkbərin idarə etdiyi proqramda qonaq oldum. Amma düşünməzdim ki, bu qədər hörmətsizlik görərəm. Danışmadığım mövzunu özünüzdən uyduraraq, insanları niyə çaşdırırsınız? Buna görə də, efirlərlə az-az görünürəm. Bugündən etibarən, məni Elgizin verilişində görməyəcəksiniz”.