“Keşlə”nin qapıçısının burnu sınıb - FOTO

19 Aprel 2019 09:52 (UTC+04:00)

Futbol üzrə Azərbaycan Premyer Liqasının 25-ci turunda “Qarabağ”la oyunda zədələnən “Keşlə”nin qapıçısı Şahin Zəkiyevin vəziyyəti ciddidir. SİA-nın məlumatına görə, buraxılan ilk qol zamanı xəsarət alan gənc qapıçının burnunda və almacıq sümüyündə sınıq var.

Onun nə zaman yaşıl meydanlara qayıdacağı haqqında həkimlər rəy verməlidirlər.