TÜRKSOY qırğız jurnalistləri mükafatlandırıb

19 Aprel 2019 04:02 (UTC+04:00)

Qırğızıstan radiosunun “Altın kazına” mərkəzinin şöbə müdiri Jamila Mamatova, NTS teleziyasının əməkdaşı Nazira Kadıeva və EİEM radiosunun direktoru Taştemir Jaliev mətbuat sahəsində göstərdikləri səmərəli fəaliyyətə görə TÜRKSOY-un mükafatına layiq görülüblər.

AZƏRTAC xəbər verir ki, bu mükafat hər il təşkilat tərəfindən jurnalistika sahəsində uğur qazanan türkdilli ölkələrin mətbuat nümayəndələrinə verilir.

Mükafat jurnalistlərə aprelin 20-də Qırğızıstanın Oş şəhərində “Oş-Türk dünyasının mədəniyyət paytaxtı” tədbirinin təntənəli açılış mərasimiində təqdim olunacaq.