Bakıda orta yaşlı qadın itkin düşüb

19 Aprel 2019 02:01 (UTC+04:00)

Bakıda orta yaşlı qadın itkin düşüb. Trend-in məlumatına görə, hadisə paytaxtın Nərimanov rayonu, A.Gəraybəyli küçəsi ev 11/15, mənzil 214-də baş verib.

Həmin ünvanda yaşayan, 1968-ci il təvəllüdlü Abdullayeva Səmayə Nadir qızı aprelin 17-də səhər saatlarında yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb. Faktla bağlı araşdırma aparılır.