Ermənistanda dövlət məmuruna qarşı ittiham irəli sürülüb

18 Aprel 2019 22:12 (UTC+04:00)

Ermənistanın Dövlət Nəzarəti Xidmətinin sədri David Sanasaryan vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham olunur. “Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Təhlükəsizlik Xidməti məlumat yayıb. Bildirilib ki, D.Sanasaryana qarşı Cinayət Məcəlləsinin 308-ci maddəsinin 1-ci hissəsinə əsasən ittiham irəli sürülüb.