"Milli demokratçılıq", yoxsa milli satqınçılıq?

18 Aprel 2019 20:02 (UTC+04:00)

''Ən böyük şər oğurluq, hətta qətl də deyil, satqınlıqdır''

Bəli, dərk edə-edə, anlaya-anlaya ölkəmizin düşmənləri ilə bir dam altında oturub, dövlətçilik maraqlarımızı satmaq. Ömər Xəyyama görə, ''İnsanın ruhu və əxlaqı nə qədər alçaq olarsa, burnunu bir o qədər dik tutar''. Səbəb aydındır. Satqın zehniyyəti nədən qaynaqlanır? Əlbəttə, maliyyə-pul arqumentindən satqın yalnız məntiqləmi düşünür? - suallarına mütləq olmasa da, elmi cavablar var. Alınan nəticələr göstərir ki, sən demə, işin kökü yalnız acgözlük və pul deyil. Kimsə, doğrudan da, varlanmaq üçün, xəyanətinə əvəz olaraq pula satılır. Məhz buna görə - xəyanətin qiyməti yüksəkdir. Satqın üçün hər şey - satlıq maldır.

Satıb-satılan əxlaqsızların mənəviyyatı olmaz

Sirr deyil ki, bu gün ölkəmizin günü-gündən artan inkişafını görməyən, şəxsi maraqlarına görə milli dəyərimizi gözdən salan sapı özümüzdən olan satılıb-satılan baltalar "siyasi mühacir" adı altında çörəyini yeyib, suyunu içdikləri vətənlərinə qarşı antitəbliğat kampaniyası aparmaqla, erməni lobbisi tərəfindən lazımi maliyyərlə satın alınırlar. Erməni lobbisinin maliyyələşdirdiyi bu əxlaqsız və satqınlar - Emin Milli, Orduxan Teymurxan, Tural Sadiqli, Məhəmməd Mirzəli, Rafael Piriyev, Həbib Müntəzir və digər bu kimi parazitlər həyasızcasına çirkin əmələllərindən əl çəkmirlər.

Deyir xəyanətkarın ağı-qarası olmur. Həm də, o da deyilir ki, haqq nazilər, amma üzülməz. Gec-tez, haqqı tapdalayanların aqibəti ermənilərə qahmar çıxan Orduxan Teymurxan kimi olacaq və etdikləri cinayət əmməllərinə görə də cəzalarını çəkəcəklər. Avropada "siyasi mühacir" adı altında dövlətçilik və milli maraqlarımıza qarşı fəaliyyət göstərən blogger cəzasını alacaq.

Bu gün bu kimi siyasət rüşeymləri hələ də sosial şəbəkələrdə Azərbaycana qarşı "savaş" açmaq tapşırığını yerinə yetirməklə, erməni sevgilərini nümayiş etdirməkdədirlər. Ancaq bu parazitlər anlamırlar ki, "sirkə nə qədər tünd olsa, öz qabını çatladacaq". Çünki Avropa ölkələrinə sığınan və son vaxtlaradək trivial videoblogerliklə, bir də məzmunsuz və proqramsız "müxalifətçi"liklə məşğul olan sizin kimi əxlaqsızlar bu gün "virtual inqilabçı"lar, "siyasi mühacirlər" olublar.

Kif atmış təfəkkürlü "siyasi mühacirlər" yenə də "Azərbaycaqda hakimiyyəti devirəcəyik" deyirlər, "bütün dünyada aksiyalara başlayacağıq" söyləyirlər. Əxlaqsızlıq, tərbiyəsizlik simvolu olan Rafael Piriyev kimilər "siyasi fəaliyyətlərini" söyüş və təhqirli ifadələr etməkdə görürlər. Çünki idarə olunan bu əxlaqsız və tərbiyəsizlər özgə yalağı ilə dolananlardır. Ancaq gülməli görünən odur ki, özgə yalağı ilə dolananlar bir-birilərinə "qrant alverçisi" deyirlər. Belə ki, Çexiyanın paytaxtı Praqada yaşayan Zamiq Məmmədli "Facebook" səhifəsində son vaxtlar O.Bəbirov və M.Mirzəlini qrant "alverçisi" adlandırır. Gülməli iraddır, elə deyilmi? Kor-kora kor deməsə, bağrı çatlar. Onun ardınca Z.Məmmədli yazır ki, axmaq aksiyaların layihə müəllifi Leyla Yunusdur. Bu, aydın məsələdir. Bu yaxınlarda L.Yunus "Siyasi məhbuslara yardım" layihəsi üzrə NED-dən (National Endowment for Democracy) 94000 avro qrant alıb. Bir soruşun, hansısa siyasi məhbus ailəsinə ordan 10 avro veribmi? Çalışın, bu fitvaya getməyin, siz ortalığa düşürsünüz, bu dəllallar pul qazanırlar! Bu aksiyaya qoşulanlardan isə soruşuram: L.Yunusdan 94 min avronun hesabını soruşmağa cəsarətiniz çatırmı? Amma 5000 km uzaqdan camaata "tırka" verməyi gözəl bacarırsınız.

Görün qrant bu satqın və əxlaqsızları necə üz-üzə qoyub. Artıq heç kimə sirr deyil ki, "siyasi mühacir" adı altında olan ünsürlər ermənilərlə əməkdaşlıq etməklə, erməni lobbisinin göstərişlərinə uyğun idarə olunurlar və sözsüz ki, Vətən, millət, dövlət və xalq anlayışı belə şəxslərə yaddır. Bir də bu təəccüblü deyil. Çünki xəyanətkarın ağı-qarası olmur.

R.HÜSEYNOVA