Peterburqda avtomobil 6 piyadanı əzdi

18 Aprel 2019 20:04 (UTC+04:00)

Peterburqda Fontanka küçəsi ilə Nevski prospektinin kəsişməsində iki minik avtomobili toqquşub.

SİA-nın Rusiya kütləvi informasiya vasitələrinə istinadən verdiyi xəbərə görə, Zərbənin təsirindən avtomobillərdən biri piyada xəttini keçən 4 vətəndaşa çırpılıb. Nəticədə sürücülər də daxil olmaqla 6 nəfər xəsarət alıb. Onlardan biri Almaniya vətəndaşı olan qadın, digəri isə Estoniya vətəndaşıdır.