"Yuventus"un futbolçusu Paulo Dibala zədələnib. İtaliya mətbuatının yazdığına görə, o, Çempionlar Liqasının 1/4 finalında "Ayaks"la cavab oyunu zamanı əzələsindən zədə alıb. Argentinalı hücumçunun bu ayın sonuna kimi oynamayacağı bildirilib.
Beləliklə, Dibala A seriyasında "Fiorentina" (20 aprel) və "İnter"lə (27 aprel) görüşləri buraxacaq.