Deputat “Şöhrət” ordeni ilə təltif edildi SƏRƏNCAM

18 Aprel 2019 18:39 (UTC+04:00)

Prezident İlham Əliyev Mirzəcan Xəlilovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

SİA xəbər verir ki, sərəncamla Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Mirzəcan Mirzəmməd oğlu Xəlilov “Şöhrət” ordeni ilə təltif edilib.