“Pegasus” aviaşirkəti İzmirdən Bakıya uçuşlara başlayacaq

18 Aprel 2019 17:53 (UTC+04:00)

Cari ilin yay aylarında "Pegasus" aviaşirkəti İzmirdən Bakıya uçuşlara başlayacaq. Bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Mehmet Cahit Turhan deyib.

Nazir, həmçinin aprelin 22-də "Türk Hava Yolları"nın Ankara-Bakı aviareysini həyata keçirəcəyini də xatırladıb. Bildirib ki, keçən il iki ölkə arasında 7 min 919 aviareys həyata keçirilib və 972 min 533 sərnişin səfər edib. Azərbaycan və Türkiyə arasındakı karqo daşımalarında isə 17 min 527 ton yük daşınıb.