XİN rəhbərlərinin növbəti görüşü planlaşdırılır

18 Aprel 2019 16:53 (UTC+04:00)

Həqiqətən də, Azərbaycan və Ermənistan XİN rəhbərlərinin vasitəçi ölkələrin birində görüşmək imkanlarına baxılır. SİA xəbər verir ki, Ermənistana məxsus aysor.am saytında dərc olunan məlumata görə bunu Ermənistan XİN-in mətbuat xidmətinin rəhbəri Anna Naqdalyan deyib.

“Məsələ hələ ki, müzakirə mərhələsindədir. Buna görə də birtərəfli anons verməkdən çəkinmək lazımdır. Vaxtından əvvəl tərəflərdən hansınınsa bəyanat verməsi proses iştirakçılarına hörmətsizlikdir”- deyən A.Naqdalyan anos verdiyi halda belə bir fikir ifadə edib.