Putin Kim Çen Inla görüşəcək

18 Aprel 2019 15:47 (UTC+04:00)

Rusiya prezidenti Vladimir Putin Şimali Koreya lideri Kim Çen Inla aprelin 2-ci yarısında görüşəcək. SİA Rusiya KİV-nə istinadən xəbər verir ki, görüşün Moskvada keçiriləcəyi gözlənilir.

Putinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov faktı təsdiqləyib.