Albaniya millisinin yeni baş məşqçisi müəyyənləşib

18 Aprel 2019 15:14 (UTC+04:00)

Albaniya milli komandasının yeni baş məşqçisi məlum olub. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, yığma italiyalı Edoardo Reyaya həvalə edilib. 73 yaşlı mütəxəssislə 7 aylıq müqavilə imzalanıb. O, bu postda həmyerlisi Kristian Ponuççini əvəz edib.

Qeyd edək ki, Reya 2015-ci ildən işsiz idi.