"Ayaks" yeni mövsüm üçün ilk transferini reallaşdırıb

18 Aprel 2019 14:46 (UTC+04:00)

Hollandiyanın "Ayaks" klubu yeni mövsüm üçün ilk transferini reallaşdırıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Amsterdam təmsilçisi "Herenven"nin müdafiəçisi Kik Pierieni transfer edib. 18 yaşlı futbolçunun müqavilə şərtləri açıqlanmayıb.

Qeyd edək ki, hollandiyalı futbolçu "Herenven"in yetirməsidir.