Bəstəkarlar İttifaqında "Nəsimi ili" - TƏDBİR

18 Aprel 2019 14:31 (UTC+04:00)

Bu gün Azərbaycan Bəstəkarlar İttifaqında dahi Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin anadan olmasının 650 illik yubileyinə həsr olunmuş “Azərbaycan bəstəkarlarının yaradıcılığında Nəsimi obrazı və poeziyası” mövzusunda elmi-praktik musiqişünaslıq konfransı öz işinə başlayıb. SİA-nın məlumatına görə, tədbirdə Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadə çıxış edərək iki gün davam edəcək konfransın əhəmiyyəti barədə məlumat verib. Sonra respublikanın tanınmış musiqişünaslarının Nəsiminin irsi və obrazının Azərbaycan musiqisində çoxşaxəli təcəssümü ilə bağlı tədqiqatlarının yer aldığı məruzələri dinlənilib.