ÇL-də həftənin ən yaxşısı kim olacaq?

18 Aprel 2019 12:54 (UTC+04:00)

Çempionlar Liqasında 1/4 final mərhələsinin cavab oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu futbolçular Lionel Messi ("Barselona"), Matteis de Liqt ("Ayaks"), Son Hın Min ("Tottenhem") və Roberto Firminodur ("Liverpul").

Qalib UEFA-nın saytında azarkeşlər arasında keçiriləcək sorğuda müəyyənləşəcək.