Çinlə iqtisadiyyat sahəsində fəal əməkdaşlığımız var

18 Aprel 2019 11:14 (UTC+04:00)

“Azərbaycan Çinin təşəbbüsünə qoşularaq, Asiya İnfrastruktur İnvestisiya Bankının həmtəsisçisi olub. Bir sıra Çin şirkətləri Azərbaycanda uğurla fəaliyyət göstərir və biz daha çox Çin şirkətlərini ölkəmizdə investor, ticarətçi və podratçı qismində görmək istəyirik. Azərbaycanda çox münbit sərmayə mühiti olduğundan biz sənaye istehsalı, informasiya texnologiyaları, kənd təsərrüfatı və bir sıra digər sahələrdə daha çox Çin şirkətlərini görməyə ümid edirik.” SİA xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti Cənab İlham Əliyev Çinin Sinxua agentliyinə müsahibəsində deyib.

Ölkə başçısı qeyd edib ki, Azərbaycan ilə Çin arasında ticarət dövriyyəsində müsbət dinamika mövcuddur və bizim ticarət dövriyyəmiz 1,3 milyard dollar təşkil edir. Cənab Prezident nəzərə çatdırıb ki, Çindən idxal 40 faiz artıb və Azərbaycan Çinin Cənubi Qafqazda ən böyük ticarət tərəfdaşıdır.