Bu gün tarixi abidələrə giriş ödənişsizdir - ANONS

18 Aprel 2019 10:32 (UTC+04:00)

Xəbər verdiyimiz kimi, bu gün beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə Dövlət Turizm Agentliyinin tabeliyində olan qoruqlarda “Açıq qapı” günü elan edilib. Belə ki, “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət, “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq, “Basqal” Dövlət Tarix-Mədəniyyət, “Xınalıq” Dövlət Tarix-Memarlıq və Etnoqrafiya, “Lahıc” Dövlət Tarix-Mədəniyyət, “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq (Şəki şəhəri “Karvansaray” mehmanxana kompleksi daxil olmaqla) və “Kiş” Dövlət Tarix-Memarlıq qoruqlarına giriş həm yerli, həm xarici turistlər üçün qeyd edilən tarixdə saat 10:00-dan axşam saat 19:00-dək pulsuz olacaq.