Ər-Riyad G20-yə ev sahibliyi edəcək

18 Aprel 2019 09:11 (UTC+04:00)

Gələn il G20 qrupuna sədrlik edəcək Səudiyyə Ərəbistanı bu təşkilatın 15-ci sammitini 2020-ci il noyabrın 21-22-də Ər-Riyadda keçirəcək. Bu barədə SPA agentliyi məlumat yayıb.

SİA TASS informasiya agentliyinə istinadla xəbər verir ki, məlumatda Səudiyyə Ərəbistanının G20-nin məqsədlərinə, habelə beynəlxalq iqtisadi sistemin sabitliyinə və tərəqqisinə sadiq olduğu bildirilir.

Xatırladaq ki, G20 sammitinin Səudiyyə Ərəbistanında keçirilməsi barədə qərar qrupun liderlərinin 2017-ci ildə Hamburq görüşündə qəbul edilib.