Orxan Gəncəbay ürəyindən əməliyyat olunub

18 Aprel 2019 03:06 (UTC+04:00)

Məşhur türkiyəli sənətçi Orxan Gəncəbay ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Kult.az xəbər verir ki, ürəyində şiddətli ağrılar olan musiqiçini həkimlər dərhal əməliyyat ediblər.

Gəncəbayın ürəyinə 2 stentin qoyulduğu bildirilib. Əməliyyatdan sonra sənətçinin səhhətinin normal olduğu və bir müddət həkim nəzarətində qalacağı deyilib.