Turist avtobusu qəza törədib

17 Aprel 2019 23:09 (UTC+04:00)

Portuqaliyanın Madeyra adasında turist avtobusunun qəza törətməsi nəticəsində insan tələfatı qeydə alınıb.

SİA-nın xarici kütləvi informasiya vasitələrinə istinadən verdiyi xəbərə görə, hadisə Santa-Kruş rayonunda baş verib.

Qəza nəticəsində ən azı 9 nəfər həlak olub.