Daha bir katolik məbədi yanıb

17 Aprel 2019 21:04 (UTC+04:00)

Belarusun Vitebsk əyalətinin Qorodoksk rayonunda 1896-cı ildə inşa olunmuş qədim qədim katolik məbədi yanıb.

SİA-nın Rusiya kütləvi informasiya vasitələrinə istinadən verdiyi xəbərə görə, bu barədə Belarusun Fövqəladə Hallar Nazirliyinin məlumatında bildirilib.

Məlumatda qeyd edilib ki, məbəd son 30 il ərzində fəaliyyət göstərməyib. Xilasedicilər operativ olaraq yanğın ocaqlarını ləğv ediblər. Lakin məbədin dam örtüyü tamamilə yanıb, divarlarına isə ciddi ziyan dəyib.

İlkin istintaqın verdiyi rəyə görə, ərazidəki məişət tullantılarının yandırılması zamanı odla ehtiyatsız davranma yanğına səbəb olub.

Yanğın nəticəsində insan tələfatı yoxdur, lakin məbəd artıq istifadəyə yararsız vəziyyətə düşüb. Hadisə yerində istintaq-operativ qrupu fəaliyyət göstərir.

Qeyd dək ki, məbəd XIX əsrin sonlarında o dövr memarlığı üçün xarakterik olan klassikliyi və müasirliyi özündə əks etdirirdi.