Afinada ildırım 4 nəfərin həyatına son qoyub

17 Aprel 2019 21:19 (UTC+04:00)

Yunanıstanın paytaxtı Afina şəhərindəki qədim Akropolis abidəsi yaxınlığında ildırımın vurması nəticəsində 4 nəfər xəsarət alıb. “RİA Novosti”nin məlumatında deyilir ki, hadisə bu gün günorta saatlarında baş verib. Onlardan ikisi gözətçi, digər ikisi isə turistdir. Zərərçəkənlər hadisə yerinə cəlb olunan həkim heyəti tərəfindən xəstəxanaya çatdırılıblar.