"Mançester Yunayted" yayda heyətini gücləndirəcək

17 Aprel 2019 21:32 (UTC+04:00)

"Mançester Yunayted" yayda heyətini gücləndirəcək. Britaniya mətbuatının yazdığına görə, klub rəhbərliyi baş məşqçi Ole-Qunnar Sulşerə ən azı 3 yeni futbolçu alınacığını söz verib. Norveçli mütəxəssis özü də dünən Çempionlar Liqasının 1/4 final mərhələsinin "Barselona" ilə səfər oyunundan (0:3) sonra mövsümlərarası fasilədə yeni transferlərin olacağını təsdiqləyib. Əgər Ander Erreranın PSJ-yə keçidi gerçəkləşsə, 3 yox, 4 futbolçunun alına biləcəyi iddia olunur.