Elçindən "Miran"a bənzədilməsinə sərt reaksiya VİDEO+FOTO

17 Aprel 2019 16:20 (UTC+04:00)

Müğənni Elçin Cəfərov Türkiyə kanalında yayımlanan "Hercai" serialında "Miran" obrazını canlandıran aktyora bənzədilməsinə sərt reaksiya verib. SİA-nın məlumatına görə, sənətçi bu hala çox əsəbiləşdiyini bildirib: "Şlyapa qoyursan Kənan Doğulu, saçını yuyub, səliqəyə salmırsan Miran deyirlər. Bizim axırımız necə olacaq? Saqqal formasını dəyişirsən deyirlər ki, Tarkana bənzəyir. Bir sözlə, özümüz ola bilmirik. Qonaqpərvərik - başqalarını çox sevməyi xoşlayırıq. Şokoladın ən yaxşısını qonağa veririk. Bu, çox pisdir. Düzdü, məni narahat etmir. Amma özümüzə dəyər verməyi bacarmırıq. Məni budur narahat edən. Mən olmayım, başqa sevilən müğənni olsun. 17 yaşımdan bəri sənətdəyəm. Bu sənətə canımı qoymuşam, sizin xoşunuza gəlmək üçün müəyyən pillələrdən keçmişəm, işlər gömüşəm. Amma bu reaksiyalar məni narahat edir.

Niyə biz özümüzü sevmirik? Saç, saqqal tərzini dəyişmək normal haldır. Məni sizin yazdıqlarınız narahat edir. Hər insan özüdür. Sənətçi birə-bir özünə tərz seçmir. İstedadı olur, görür-götürür. Başqa ölkələrin müğənnilərinə baxır, geyim tərzi, oxumaq stilini də götürə bilər. Bizim qanımızda muğam axır, amma oxu tərzim popdur. Geyimi də başqa ökələrdən götürürük. Türkiyə Avropadan, biz Türkiyə və Avropadan götürürük. Mənim İtaliya xoşuma gəlir. Məni narahat edən budur ki, niyə iki gündür çıxmış aktyora illərimizi qurban verirsiniz? Miran indi məşhurdur, Burak Özçivit ondan əvvəl gündəmdə idi... Sabah başqası olacaq. Onda belə çıxır ki, kim çıxsa biz özümüzünküləri qurban verək? Bizi sevmirsiz? Özümüzə dəyər verək, sevək. Yenə yazacaqlar Miran... Elçin, Elçin Cəfərov".

Qeyd edək ki, müğənninin "Miran" obrazına bənzədilməsinə səbəb onun imicində etdiyi dəyişikliyi ilə bağlıdır.