Anarın atası: "Nəvələrimə ev verməyəcəm"

17 Aprel 2019 16:23 (UTC+04:00)

Mərhum reper Anar Nağılbazın atası Rizvan Cəbiyev keçmiş gəlini Anjelikaya ev verməyəcəyini deyib. SİA-nın məlumatına görə, o, bu haqda verilişlərin birində danışıb: "Məcbur deyiləm sənə ev verim. Kimsəni məcbur edir ki, şəhərdə qalasan? Tək dərdi ev almaqdı. Onun Anara da sağ olanda təzyiqi ancaq ev idi. Qanunla Anarın valideynlərinin onun qarşısında öhdəliyi yoxdur. Ev vermək bizim vicdanımızdan asılıdır.

Anjelika Qusarın kəndindən gəlin gəlib. Hamı ailəsi dağılanda atasının evinə qayıdır. Atanın evinə qayıt. 3 oğlum var. Hazırda bir evdə 3 ailə yaşayırıq. Evimi satıb, bu ailəni çölə ata bilmərəm.

Nəvələrimin məktəb paltarların alıram, gücüm çatan qədər kömək edirəm. Mənəvi borcumdur".