Cibgir qadın tutuldu

17 Aprel 2019 12:12 (UTC+04:00)

Bakıda avtobusda cibgirlik edən qadın saxlanılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində xətt avtobusunda bir qadının çantasından içərisində 900 manat olan pulqabını oğurlamaqda şübhəli bilinən N.Ağammədova saxlanılıb.

Faktla bağlı araşdırmalara başlanılıb.