"Sabah" çempion olub

16 Aprel 2019 12:41 (UTC+04:00)

“Sabah” FK-nın U-17 komandası AFFA-nın təşkilatçılığı ilə keçirilən U-17 liqasında çempionluğu təmin edib. SİA-nın məlumatına görə, Hüseynqulu Quliyev və Namiq Süleymanovun yetirmələri liqanın son turunda “Tufan”ı Vüsal Qənbərov və Balamirzə Soltanovun qollarıyla 2:0 hesabıyla məğlub edərək, çempionluğunu rəsmiləşdirib.