"Aşıq Pəri"dən sazlı-sözlü konsert

16 Aprel 2019 11:00 (UTC+04:00)

Heydər Əliyev Sarayında, iyunun 10-da "Aşıq Pəri" məclisinin sazlı-sözlü konserti keçiriləcək. Gecədə Əməkdar mədəniyyət işçiləri Gülarə Azaflı, Ulduz Sönməz, Solmaz Kosayeva, Zülfiyyə Aşıqlı, Aşıq Samirə, şairələr Səadət Buta, Güllü Eldar Tomarlı, Aynur Qafarlı, Təbrizə Pünhan, Südabə İrəvanlı və Fatimə Vəfa çıxış edəcəklər. Gecədə həmçinin tanınmış aşıqlar Gözəl Kəlbəcərli, Familə Göyçəli, Kəmalə Məhyəddinqızı, Rəfiqə Göyçəli, İnci Şirvanlı, Xavər Zəngilanlı, Aidə Gülzar, Əfsanə Kərimli, Xəyalə Qəribqızı, Könül Gədəbəyli, Göyçə Ömürlü, Vüsalə Gədəbəyli, Türkay Ayna, Nargilə Mehdiyeva və digərlərinin ifaları dinləniləcək. SİA-nın məlumatına görə, konsertin aparıcısı Aşıq Pəri məclisinin sədri Pərvanə Zəngəzurludir.

Konsertin biletlərini Heydər Əliyev Sarayının kassasından, şəhərin kassalarından, “ASAN xidmət” mərkəzlərindən, “Gənclik” və “28 Mall” ticarət mərkəzlərindəki kassalardan əldə etmək olar.