Müqəddəs Məryəm Ana kilsəsində baş vermiş yanğın söndürülüb

16 Aprel 2019 09:40 (UTC+04:00)

Parisdəki Məryəm Ana katedralında baş vermiş yanğın söndürülüb. SİA Fransa mətbuatına istinadla xəbər verir ki, yanğın təxminən doqquz saat davam edib. Yanğın katedrala ciddi ziyan vurub, binanın qüllələrindən biri aşıb.

Katedralda saxlanılan qədim dini sənət əsərləri yanğından mühafizə edilib.