Tolikin "İnstagram" səhifəsini bağladılar

16 Aprel 2019 10:23 (UTC+04:00)

Prodüser Tarix Əliyevin (Tolik) "İnstagram" səhifəsi bağlanıb. SİA-nın məlumatına görə, buna onun səhifəsinə edilən şikayətlər səbəb olub.

Tolik səhifəsini geri qaytarmaq üçün "İnstagram"a rəsmi məktub göndərib.

Qeyd edək ki, onun 500 mindən çox izləyicisi var idi.