Bu gün və sabah bu ərazidə işıq olmayacaq

16 Aprel 2019 09:20 (UTC+04:00)

Bu gün və sabah Masazırda elektrik enerjisinin verilişində qısamüddətli fasilələr yaranacaq.

"Azərişıq" ASC-dən SİA-ya verilən məlumata görə, 16-17 aprel tarixlərində saat 10.30-dan 15.30-dək Masazır yarımstansiyasında aparılan yenidənqurma işləri ilə əlaqədar olaraq Abşeron rayonu Masazır qəsəbəsinin bəzi ərazilərində elektrik enerjisinin verilişində qısamüddətli fasilələr yaranacaq.

Yaranmış narahatçılığa görə "Azərişıq" ASC istehlakçılarından üzr istəyir.