Qaçqın düşərgəsində toqquşma 14 ölü

16 Aprel 2019 09:34 (UTC+04:00)

Sudanda qaçqın düşərgəsində baş verən toqquşma nəticəsində ən azı 14 nəfər ölüb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə Cənubi Darfur vilayətinin qubernatoru açıqlayıb.

Onun sözlərinə görə, qaçqın düşərgəsində üsyançılar, eyni zamanda çoxlu sayda silah olub. Qubernatorun fikrincə, məhz bu düşərgədə toqquşmaya və 14 nəfərin ölümünə səbəb olub.

Məlumata görə, düşərgəni BMT sülhməramlı missiyası idarə edir və əyalət rəhbərliyinə düşərgəyə daxil olmağa icazə verilmir.