"İday" siklonu 1000 nəfərin ölümünə səbəb olub

16 Aprel 2019 09:11 (UTC+04:00)

“İday” siklonunun Mozambik, Zimbabve və Malaviyə təsiri nəticəsində minlərlə insanın humanitar yardıma ehtiyacı yaranıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, siklonun yaratdığı qasırğa, güclü sel və daşqın nəticəsində 1000 nəfərdən çox insan ölüb.

Dünya Bankı hesab edir ki, zərər çəkmiş ölkələrin bərpası üçün 2 milyard ABŞ dollarından artıq məbləğdə pul tələb olunur.

Qeyd edək ki, Mozambikdə 602, Zimbabvedə 344, Malavidə 60 nəfər həlak olub.