Cinsiyyətini dəyişən "gəlin" qayınanası ilə...

16 Aprel 2019 03:03 (UTC+04:00)

Son günlər sosial mediada diqqət mərkəzində olan Selin Ciğerci qayınanası və eltisi ilə şəklini paylaşıb. Axşam.az xəbər verir ki, futbolçu Gökhan Çıra ilə sevgili olan Ciğercini qayınanası və eltisi ad günündə tək qoymayıb.

Selin İnstaqram hesabından şəkil paylaşaraq "Bu da sizə qayınanam və eltim" deyə, yazıb. Qeyd edək ki, tanınmış geyim firmasının sahibinin qızı olan Selin 2 il əvvəl cinsiyyət dəyişdirərək qadın olmağı seçib.