"Putinin iştirakı ilə danışıqlara hazırıq"

16 Aprel 2019 00:34 (UTC+04:00)

Fələstin prezidenti Mahmud Abbas heç bir ilkin şərt olmadan İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşməyə hazırdır.

SİA-nın Rusiya kütləvi informasiya vasitələrinə istinadən verdiyi xəbərə görə, bu barədə Fələstinin Xarici İşlər naziri Riyad əl-Maliki bildirib: “Biz Vladimir Putinə demişik ki, İsrail razı olacağı halda istənilən vaxt Moskvada Rusiya prezidentinin münasib bildiyi vaxtda və onun iştirakı ilə Netanyahu ilə danışıqlar masası ətrafında müzakirələr aparmağa hazırıq. Biz israillilərlə heç bir ilkin şərt irəli sürmədən danışıqlara hazırıq.”

Bundan əlavə, fələstinli nazir bildirib ki, hazırkı zamanda müvafiq görüşün təşkili üçün konkret təkliflər yoxdur.