“Yeni Şəfəq”: "ABŞ Türkiyəyə 30 yeni sanksiya tətbiq edəcək"

16 Aprel 2019 01:04 (UTC+04:00)

ABŞ Türkiyəyə 30 yeni sanksiya tətbiq edəcək. Publika.az xəbər verir ki, bu iddia Türkiyə mətbuatında yayılıb.

“Yeni Şəfəq” qəzetinin yazarı Mehmet Acetin sözlərinə görə, ABŞ Müdafiə Nazirliyi türkiyəli həmkarlarına 30-dan çox sanksiyanın yer aldığı siyahı təqdim edib. Bu siyahıdakı maddələr Türkiyənin Rusiyadan S-400 zenit raket kompleksi tədarük etməsi təqdirində tətbiq olunacaq. Burada, həmçinin, F-16 qırıcılarının hissələrinin tədarükünü dayandırmaqla bağlı sanksiyaya da yer verilib.