"Bu klubda Ronaldonun etdiklərini təkrarlayacaq biri yoxdur"

16 Aprel 2019 04:17 (UTC+04:00)

"Real"ın baş məşqçisi Zinəddin Zidan komandanın sabiq futbolçusu, hazırda "Yuvüntus"dan oynayan Kriştiano Ronaldo haqda danışıb.

O, protuqaliyalı hücumçunun yerini doldurmağın mümkünsüz olduğunu deyib: "Kimi transfer etməyimizdən asılı olmayaraq, Kriştianonun yerini doldurmaq mümkünsüzdür. Ronaldo klubdan ayrıldı və biz də yüksək səviyyəli futbolçular ala bilərik. Amma bu klubda onun etdiklərini təkrarlaya biləcək biri yoxdur".