"Kaspi" Təhsil Mərkəzi aprel döyüşçülərinin xatirəsini yad etdi - TƏDBİR

15 Aprel 2019 23:10 (UTC+04:00)

Bu gün "Kaspi" Təhsil Mərkəzinin təşkilatçılığı ilə aprel döyüşçülərinin xatirəsi anıldı. SİA-nın məlumatına görə, ədəbi-bədii gecə Azərbaycan Dövlət Musiqili Teatrında keçirildi. Tədbirdə dövlət rəsmiləri, millət vəkilləri, aprel döyüşçülərinin ailə üzvləri iştirak edirdi.

Qeyd edək ki, səhnələşdirilən tamaşalar "Kaspi" Təhsil Mərkəzinin şagirdləri tərəfindən məharətlə icra edildi. Dərin vətənpərvərlik ruhuna köklənmiş tədbirdə bir-birindən maraqlı və təsirli tamaşalar göstərildi. Şağirdlərin rol aldıqları səhnələr tamaşaçılar tərəfindən alqışlarla qarşılandı.

Sonda "Kaspi" Təhsil Mərkəzinin rəhbəri Sona Vəliyeva çıxış edərək aprel döyüşlərinin əhəmiyyətindən danışdı. O, şəhid olmuş əsgərlərin ailə üzvlərinə üz tutaraq şəhid olan qəhrəman əsgərlərimizin heç bir zaman unudulmayacaqlarını bildirdi: "Mən topraqlarımızın tezliklə azad olunacağından əminəm. Biz şəhidlərin ruhu qarşısında baş əyirik. Bütün şəhid ailələri bilməlidir ki, biz hər zaman qəhrəman şəhidlərimizi qəlbimizdə, xatirələrimizdə yaşadacağıq ".